Qidalanma
Çox isti çay içmək qida borusuna zərər verir -
Qidalanma
261

Çox isti çay içmək qida borusuna zərər verir - Həkimdən xəbərdarlıq

Qastroenteroloq Yevgeni Belousov çox isti çay və digər isti içkilərin sağlamlıq üçün risk yarada biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, qida borusunun daxili səthi həssas hüceyrə təbəqəsi ilə örtülüb. Temperaturu 65 dərəcədən yüksək olan içkilərin müntəzəm qəbulu bu hüceyrələrin zədələnməsinə və normal bərpasının pozulmasına səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, bu vəziyyət zamanla qida borusunda xroniki iltihabın – özofagitin yaranmasına gətirib çıxara bilər.

Qastroenteroloqun sözlərinə görə, uzun müddət davam edən zədələnmə hüceyrə dəyişikliklərinə səbəb ola və gələcəkdə qida borusu xərçəngi riskini artıra bilər.

Həkim isti çay və digər içkiləri içməzdən əvvəl bir qədər soyumasını gözləməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun