Kişilərdə cinsi zəiflik, hormonal balanssızlıq və libido azalması təkcə stress və həyat tərzindən deyil, həm də gündəlik qidalanma vərdişlərindən qaynaqlanır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi qidalar testosteronu aşağı salaraq cinsi sağlamlığı ciddi şəkildə poza bilər.
Həkimlərin sözlərinə görə, həddindən artıq qəhvə istehlakı testosteron istehsalını zəiflədir. Xüsusilə güclü qəhvənin gündə bir fincandan çox içilməsi hormonal tarazlığa mənfi təsir göstərir. Eyni zamanda, inək südünə alternativ kimi seçilən soya südü fitoestrogenlərlə zəngindir və uzunmüddətli istifadə hormon balansını poza bilər.
Fast-food qidalar da testosteronun əsas düşmənlərindən sayılır. Yüksək yağ, kalori və kimyəvi qatqılarla dolu bu məhsullar hormonal pozğunluğa, enerji azalmasına və potensial problemlərə yol aça bilir.
Şəkərin təsiri isə daha təhlükəlidir. Mütəxəssislər bildirirlər ki, çox şəkər qəbulu insulin səviyyəsini kəskin yüksəldir və bunun nəticəsində testosteron sürətlə enir. Bu səbəbdən şəkər kişilərin cinsi sağlamlığı üçün “ən zərərli qida” kimi qiymətləndirilir.
Qızardılmış qidalar da mənfi təsirlər siyahısındadır. Bu məhsullar qaraciyərin fəaliyyətini zəiflədir, yorğunluq və apatiya yaradır, nəticədə libidonun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
Mütəxəssislərin ümumi xəbərdarlığı belədir: sağlam, aktiv və balanslı cinsi həyat üçün qidalanma vərdişlərinə diqqət etmək vacibdir.
Tərcümə: Könül Oruc