Tibbi xəbərlər
Ötən il Azərbaycanda pnevmoniyaya yoluxan
Tibbi xəbərlər
95

Ötən il Azərbaycanda pnevmoniyaya yoluxan 400-dən çox şəxs ölüb

Ötən il Azərbaycanda pnevmoniyaya yoluxmada artım müşahidə olunub.

E-saglam.az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 min 227 (2013-cü ildə 58 min 507 nəfər) nəfər olub.

Bundan başqa, həmin şəxslərdən 32 min 234-ü kişi, 31 min 993-ü isə qadın olub. Eyni zamanda xəstələrdən 13 min 362-i 3-13 yaş, 4 min 84-ü 14-17 yaş, 11 min 498-i isə 18-29 yaş aralığında olub. Həmçinin 30 və yuxarı yaşda isə 35 min 283 nəfər ötən il pnevmoniyaya yoluxub.

Həmin müddətdə ölkə üzrə pnevmoniyalardan ölənlərin sayı 425 (şəhər yerləri üzrə 224, kənd yerləri üzrə 201) nəfər təşkil edib.

2023-cü ildə isə ölkə üzrə bütün səbəblərdən ölənlərin ümumi sayı 60 min 150 nəfər təşkil edib ki, onlardan da 445 nəfəri pnevmoniya xəstəlikləri (ölənlərin ümumi sayına nisbətən 0,7 faiz) səbəbindən olub.

E-saglam.az

Taglər


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun