Faydalı
Turpun özəl xüsusiyyətləri
Faydalı
66

Turpun özəl xüsusiyyətləri

Biologiya elmləri namizədi Mixail Luşik turpun özəl xüsusiyyətləri haqqında danışıb. Mütəxəssisin sözlərinə görə, həmin tərəvəzin kök hissəsində mədə-bağırsaq traktını və öd kisəsini aktivləşdirən, eyni zamanda orqanizmi təmizləməyə kömək edən çoxlu kükürd var.

Ekspert bildirir ki, turp yeyilərkən bədəndən bütün zərərli maddələrin xaric olmasına kömək edir, çünki kükürd özü orqanizmdən ağır metalları və zərərli maddələrin çıxarılması üçün yaxşı vasitədir. Turp, həmçinin soyuqdəymə ilə mübarizə üçün yaxşı vasitədir. Luşik eyni zamanda xalq təbabətindən istifadə edərək balla turpu birgə istifadə etməyi məsləhət görür. Həkim B və C qruplarının vitaminləri olan kök tərəvəz suyuna da diqqət çəkir. Bundan əlavə turpun bakterisid təsiri var. Sonda mütəxəssis, turpun sidikqovucu təsiri olan və bağırsaqların işini sürətləndirən kaliumla zəngin olduğunu xatırladıb./Milli.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun