Qarabağda torpaq almaq istəyənlər çoxalır
Admin
Editor
14.02.2021
1,091
Qarabağda torpaq almaq istəyənlər çoxalır
"COVID-19 virusu tamamilə həyatımızdan çıxmasa da, hazırda daşınmaz əmlak bazarı postpandemiya dövrünü yaşayır”.
Valyuta.Az xəbər verir ki, bu barədə modern.az-a danışan daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib ki, karantin rejiminin yumşaldılması ilə qismən də olsa bazar canlanır:
"Həm də bazardakı süstlük sırf pandemiya ilə də bağlı deyildi. Nəzərə amaq lazımdır ki, hələ pandemiyadan əvvəl bazarda müəyyən gərginlik yaranmışdı.
Hazırda əsas hadisələrdən biri də Qarabağın işğaldan azad edilməsidir. Həmin ərazilərdə yenidənqurma işlərinin aparılacaq, bölgəyə kifayət qədər vəsaitlərin yönləndirilməsinin şahidi olacağıq. Amma ümumilikdə bunun daşınmaz əmlak bazarına birbaşa təsiri gözlənilmir. Burada gözləntilər iki istiqamətdədir. Birincisi, həmin ərazilərdə bərpa işlərinin aparılması və ikincisi, vətəndaşların geri dönüşüdür. Əhalinin qayıtması tədricən baş verəcək. Üstəlik nəzərə almaq lazımdır ki, qayıdacaqların heç də hamısı əmlak sahibi deyil. Həmin vətəndaşların hamısının bölgəyə qayıdacağı da sual altındadır. Çox güman ki, Bakıda evi, şəraiti olanların heç də hamısı Qarabağa qayıtmayacaq. Buna görə də prosesin əmlak bazarına, qiymət azalmasına təsir edəcəyini düşünmürəm”.
Qarabağda torpaq alqı-satqısının hansı qaydada aparılacağına gəlincə, ekspert deyib ki, bu, hələ müəyyənləşməyib:
"Qarabağ gələcəyin perspektiv zonasıdır. İlk növbədə ərazilər minadan təmizlənməli, bərpa prosesi həyata keçirilməlidir. Bundan sonra güman olunur ki, qeydiyyatı olan vətəndaşlara orada torpaqlar veriləcək. Digər tərəfdən, başqa yerlərdən Qarabağda torpaq almaq istəyənlər üçün proses necə olacaq o, müəyyələşməyib. Yəni bunlar sonrakı proseslərdir. Amma indidən orada torpaq almaq istəyənlər çoxdur.
Ümumilikdə, gələcəkdə qiymətlərə ərazinin turizm istiqamətində inkişafı da təsir edəcək.  İnsanlar daha çox hara getmək istəyəcək, orada qiymətlər daha cəlbedici olacaq. Bunlara da təsir edəcək amillər ərazinin relyefi, təbiəti, təbii su mənbələri və s.dir. Sözsüz ki, yaxşı infrastruktur təşkil edilmiş ərazilərdə torpaqlar bu baxımdan daha baha olacaq”.
Follow us
Maliyyə Xidmətləri
Bank və Sığorta Reklamları
+994 55 213 76 73
Columnists
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
No articles
News list
All news
İranda 60 milyon insan peyvənd olunacaq
14.02.2021
Qarabağda torpaq almaq istəyənlər çoxalır
14.02.2021
14.02.2021
14.02.2021
Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunan 48 məmur həbs edilib
14.02.2021
13.02.2021
13.02.2021
“PAŞA Holdinq” hotelçilik şirkətinə daha 1,5 milyon manat “maya qoyub”
13.02.2021
Neftin qiyməti 60 dollardan aşağı enməyəcək - ekspert şərhi
13.02.2021
“Silk Vey East Aviaşirkəti”nin nizamnamə kapitalı kəskin azaldılıb
13.02.2021
Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub
13.02.2021
13.02.2021
13.02.2021
Bakı Sığorta yeni ünvana köçdü
13.02.2021
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (13.02.2021)
13.02.2021
Azərbaycan neftinin qiyməti 63 dollara yaxınlaşdı
13.02.2021
Bakıda 15 obyekt karantin qaydalarını pozdu
13.02.2021
13.02.2021
Daily Currency Rates
Loading...