Xəbərlər
1 manata makiyaj vasitəsi alanlara xəbərdarlıq -
Xəbərlər
344

1 manata makiyaj vasitəsi alanlara xəbərdarlıq - VİDEO

Bakıda 1 manata kosmetik vasitələr, baxım məhsulları satılır.

E-saglam.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın bir çox mərkəzi küçələrində də rast gəlinən ucuzluq və xırdavat mağazalarında çox ucuz, hətta 1 manata belə satılan bu vasitələrin zərərli olub-olmaması sual doğurur.

Zirzəmi və pilləkənaltı mağazalarda satılan bu məhsulların tərkibi və icazəsi ilə bağlı sual ünvanlasaq da, cavab ala bilmədik.

Bəs eyni məhsullar fantastik qiymət fərqi ilə satılırsa, aralarındakı fərq nədir?

"Məndən də çox zaman soruşurlar ki, orda 1 manata satıla dodaq boyası sizdə niyə 20-30 manatadır" -  deyən müsahibimizin sözlərinə görə, belə vasitələr qiymətinə görə müştəri cəlb edir. Lakin çoxları zərərli tərəflərini bilmədikləri üçün aldana bilirlər.

Həkim-dermatoloq Sevda Səmədova bu baxım və makiyaj məhsullarının hansı fəsadlara yol açmasından danışıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun