Qidalanma
Diyetoloq ən riskli süd məhsullarını
Qidalanma
13

Diyetoloq ən riskli süd məhsullarını açıqladı

Şəkərli süd məhsullarının həddindən artıq istehlakı metabolik pozğunluqlara, diabetə və diş çürüməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq və Sağlam Qidalanma Tədqiqat Mərkəzinin direktor müavini Aleksey Kabanov məşhur süd desertlərinin potensial riskləri ilə bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, xüsusilə şəkərli qatıqlar, kəsmikli desertlər və milkşeyklər diqqət tələb edir. Bu məhsullar yüksək şəkər tərkibi ilə yanaşı, süni ətir və konservantlarla zəngindir.

Ekspert bildirir ki, bu tip məhsulların müntəzəm istifadəsi diabet, diş çürüməsi və metabolik problemlərin yaranma riskini artırır.

Kabanov həmçinin yağlı pendir və kərə yağının həddindən artıq qəbulunun “pis” xolesterolu yüksəldərək ürək-damar xəstəlikləri və piylənmə riskini artırdığını qeyd edib. Bununla belə, o vurğulayıb ki, bu qidaların ölçülü istifadəsi təhlükəli deyil.

Diyetoloq tam inək südünə də toxunaraq bildirib ki, bəzi insanlarda yaş artdıqca laktaza fermentinin azalması səbəbindən şişkinlik, ishal və qarın ağrısı yarana bilər. Lakin bu vəziyyət fərdidir və hər kəs üçün keçərli deyil. 

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun