Tibbi xəbərlər
22 yaşlı qız xərçəng əlamətlərini menstruasiya ilə
Tibbi xəbərlər
177

22 yaşlı qız xərçəng əlamətlərini menstruasiya ilə səhv salıb

Avstraliyada 22 yaşlı yerli Şarlotta Lasike bağırsaq xərçənginin əlamətlərini menstruasiya ilə səhv salıb.

E-saglam.az xəbər verir ki, onun hekayəsini "El Espanol" yayımlayıb. 

Bir gün Lasike qarın ağrısı, kramplar və şişkinlik hiss etməyə başladı. O, bu simptomları pəhriz səhvləri və menstruasiya ilə əlaqələndirdi, lakin zaman keçdikcə narahatlıq daha da pisləşdi. Sonra tibb təhsili alan avstraliyalının dostu onun həkimə müraciət etməsini təkid etdi.

Qızın baş çəkdiyi qastroenteroloq əvvəlcə çox gənc olduğu üçün bağırsaq xərçənginə tutula bilməyəcəyini söylədi. Lakin əlavə müayinələr onun xərçəng olduğunu göstərib.

Bu xəbər hətta həkimin özünü də şoka saldı, çünki onun təcrübəsində Lasike, materialda göstərildiyi kimi, adətən 50 ildən sonra tapılan bu diaqnozu olan ən gənc xəstə oldu. Buna baxmayaraq, kimyaterapiya və cərrahi müdaxilə sayəsində xərçəng remissiyaya gətirildi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun