90 yaşlı britaniyalı Dorset qraflığında qədim xəzinə tapıb.
E-saglam.az xəbər verir ki, bu barədə "Daily Echo" yazıb.
Qoca metalaxtaranın köməyilə 2000 ildən çox yaşı olan Durotriq qəbiləsinin 67 gümüş sikkəsindən ibarət unikal kolleksiya aşkar edib.
Məlumata görə, durotriqlər eramızın 1-ci əsrində Britaniya adalarının Roma İmperiyası tərəfindən fəthindən əvvəl İngiltərənin cənubundakı ərazilərdə məskunlaşan Kelt qəbiləsi olub.
Mayın 29-da nadir xəzinə hərraca çıxarılacaq. Təşkilatçılar bu arxeoloji tapıntıya görə ən azı 20 min funt sterlinq (təxminən 46 min manat) qazanmağı düşünürlər.
Oxu.az