Xəbərlər
ABŞ-də 100 yaşlı kişi ilə 102 yaşlı qadın evləndi
Xəbərlər
896

ABŞ-də 100 yaşlı kişi ilə 102 yaşlı qadın evləndi

ABŞ-də 100 yaşlı kişi ilə 102 yaşlı qadın qocalar evində toy ediblər.

E-saglam.az xəbər verir ki, bununla da onlar ən yaşlı cütlük kimi "Ginnesin Rekordlar Kitabı"na düşə bilərlər. Onların ümumi yaşı 2015-ci ildə bu reytinqdə lider olan britaniyalı cütlüyün rekordundan çoxdur.

Bildirilir ki, Berni Littman və Marcori Fiterman təxminən doqquz il əvvəl qocalar evində görüşməyə başlayıblar.

"Onlar bir-birini tapdıqlarına və bir-birlərinə dəstək olduqlarına (xüsusən də pandemiya dövründə) görə çox şanslıdırlar. Hamımız babamın vaxtını keçirə biləcəyi birini tapdığına görə həyəcanlı idik", - deyə Littmanın nəvəsi bildirib. (Oxu.Az) 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun