Xəbərlər
Abşeronda 3 gün öncə qəzaya düşən tələbə ölüb
Xəbərlər
2510

Abşeronda 3 gün öncə qəzaya düşən tələbə ölüb

Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib.

E-saglam.az xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb.

Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğlu Allahbaxış ağır xəsarət alıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, 3 gün ərzində göstərilən tibbi yardımlara baxmayaraq yaralı bu gün ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun