Faydalı
Acqarına 1 litr su içsəniz nə baş verər? -
Faydalı
172

Acqarına 1 litr su içsəniz nə baş verər? - Hər səhər bu vərdişin təsiri heyrətləndirir

Səhər oyanan kimi açqarına 1 litr su içmək bədən üçün sadə bir vərdişdən daha artıqdır – bu, ümumi sağlamlığı dəstəkləyən güclü bir həyat tərzidir.

E-saglam.az su içərək günə başlamağın faydalarını təqdim edir.

Yuxu zamanı bədən təxminən 0.5-1 litr su itirir. Səhər su içmək hüceyrə içi maye balansını bərpa edir, oynaqları yağlayır, qan dövranını və beyin funksiyalarını canlandırır. Bu isə enerjini və diqqəti artırır.

Metabolizma və həzm

Səhər açqarına içilən su metabolizmanı 25-30% sürətləndirə bilər. Bu, gündə əlavə 50 kalori, illik isə 2–2.5 kq yağ itkisi deməkdir. Eyni zamanda mədə turşularını seyrəltməklə həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.

Böyrəklər və toksin atılması

Su böyrəklərin toksinləri daha effektiv atmasına kömək edir, sidik miqdarını artırır, böyrək daşlarının yaranma riskini azaldır.

İştah və çəkiyə təsiri

Tədqiqatlara görə, yeməkdən əvvəl su içmək aclıq hissini azaldır və kalori qəbulunu 10–13% azalda bilər.

Zehni fəaliyyət və baş ağrısı

Hətta yüngül susuzluq belə konsentrasiya və əhvalda dəyişiklik yarada bilər. Su beyin sisini azaldır, migren və baş ağrılarının qarşısını alır.

Dəri, saç və immunitet

Su dəriyə elastiklik, parlaqlıq verir, saç köklərini gücləndirir. Həm də limfa sisteminin işləməsini dəstəkləyərək immuniteti gücləndirir.

Diqqət edilməli məqamlar

1 litr suyu birdəfəyə deyil, 5–10 dəqiqə ərzində içmək məsləhətdir.

Su otaq temperaturunda və ya bir qədər sərin olmalıdır.

Səhər su içdikdən sonra 30–45 dəqiqə gözləyib səhər yeməyini yemək daha uyğundur.

Qeyd: Bu məlumatlar tibbi məsləhət əvəzi deyil, istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun