Sağlamlıq
Ağ un bağırsaqlarımızda təhlükəli xəstəliklər yaradır? -
Sağlamlıq
317

Ağ un bağırsaqlarımızda təhlükəli xəstəliklər yaradır? - AÇIQLAMA

"Əsas immunitet orqanlarından sayılan bağırsaq yanlışlıqlar nəticəsində qalıcı halda olan toksinlərin hesabına normal fiziolji prosesləri yerinə yetirə bilmədiyi halda bir sıra xəstəliklər meydana çıxır. Həmin xəstəliklərə allergiyalar, xroniki dəri xəstəlikləri, revmatik xəstəliklər, xroniki yorğunluq, keyfiyyətsiz yuxu, psixoloji xəstəliklər və infeksion xəstəliklərə meyillik aiddir".

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim, fitoterapevt Elnur Eldaroğlu deyib.

O, bildirib ki, bir çox insan ultrasəs müayinəsindən keçərkən meteorizm, yəni köpün olmasını qeyd edirlər. Əgər bu problem bağırsaqların keçiriciliyinin pozulmasıdırsa, sadə kolit olaraq dəyərləndirilib müalicəyə başlaya bilərsiniz: "Yaxşı olar, heç xəstələnmədən profilaktik də qəbul edəsiniz. Uzun müddət fikir vermədiyimiz toksinlərin bağırsaqda yaratdığı blokun nəticələridir. Bağırsaqda qeyd etdiyim göbələyi də yaradanlardan biri təzə ağ undan hazırlanmış çörəkdir. Əla sort unda belə xəstəlik yaradan parazitlər də var ki, biz onu gözlə görə bilmirik. Bu da bağırsaqlarımız üçün təhlükəlidir".

E.Eldaroğlu təbii üsulla qorunma yollarından bir neçəsini sizlərlə bölüşür:

1. 10 q Razyana meyvəsi, 10 q Cirə meyvəsi, 15 q Melissa yarpağı və 10 q Qaraqınıq götürüb 400 ml suda 20 dəq dəmləyib, 200 ml 2 dəfə yeməkdən əvvəl içmək.

2. Evdə hazırlanmış alma sirkəsindən 1 çay qaşığı götürüb 50 ml suya qatıb 2 dəfə yeməkdən sonra qəbul etmək.

3. Adi buğda kəpəyi tərkibində zəngin sellüloza vardır, salatlara və ya adi suya qarışdırıb içə bilərsiniz.

Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun