Tibbi xəbərlər
Ağciyər rezeksiyası nədir?
Tibbi xəbərlər
123

Ağciyər rezeksiyası nədir?

Medical Point Gaziantep Xəstəxanasının Sinə Cərrahiyyəsi Mütəxəssisi Op. Dr. Murat Dəmir bildirir ki, ağciyər rezeksiyası – ağciyərin bir hissəsinin və ya tamının cərrahi yolla çıxarılmasıdır.

E-saglam.az xəbər verir ki, bu müdaxilə əsasən ağciyər xərçəngi, xroniki infeksiyalaranadangəlmə anomaliyalar zamanı tətbiq edilir.

Dr. Dəmirin sözlərinə görə, düzgün zamanda aparılan cərrahi müdaxilə xəstənin həyat keyfiyyətini artırır. Eyni zamanda siqaret və digər zərərli vərdişlərdən uzaq durmaq, profilaktik müayinələri laqeyd etməmək mühüm əhəmiyyət daşıyır.

Ağciyər rezeksiyasına səbəb olan hallar

  • Ağciyər xərçəngi: Xüsusilə erkən mərhələdə aşkarlanan şişlərin tamamilə çıxarılması məqsədilə icra olunur.

  • Xoşxassəli şişlər: Ağciyərdəki zərərsiz, lakin narahatedici kütlələrin çıxarılması üçün.

  • Xroniki infeksiyalar: Uzun müddətli və ya təkrarlayan infeksiyaların yaratdığı zədələnmiş toxumaların təmizlənməsi məqsədilə.

  • Travmalar və digər hallarda: Ağciyərin ciddi zədələndiyi bəzi travmatik və ya cərrahi müdaxilə tələb edən vəziyyətlərdə.

Əməliyyat növləri

  • Lobektomiya – bir ağciyər payının çıxarılması

  • Segmentektomiya – daha kiçik bir ağciyər hissəsinin çıxarılması

  • Pnevmonoktomiya – bütün bir ağciyərin çıxarılması

Əməliyyat ümumiyyətlə ümumi anesteziya altında aparılır. Cərrahiyyə açıq üsulla (torakotomiya) və ya qapalı, video yardımlı torakoskopik üsulla (VATS) həyata keçirilə bilər.

Əməliyyatdan sonrakı dövr

Op. Dr. Dəmir qeyd edir ki, əməliyyatdan sonra xəstələr qısa müddətə reanimasiyaya yerləşdirilir. Bu mərhələdə:

  • Ağrı nəzarəti

  • Tənəffüs fizioterapiyası

  • Erkən fiziki aktivlik mühüm rol oynayır.

Mütəxəssisin tövsiyəsi

Dr. Murat Dəmir vurğulayır ki, sağlam bir həyat üçün:

  • Siqaret və tütün məmulatlarından uzaq durmaq,

  • Müntəzəm tibbi müayinələrdən keçmək,

  • Zərərli qaz və hava çirkliliyindən qorunmaq,

  • İmmunitet sistemini gücləndirən vərdişlər qazanmaq vacibdir.

O əlavə edir ki, ağciyər xərçəngi kimi həyati təhlükə yaradan xəstəliklərdə vaxtında aparılan ağciyər rezeksiyası əməliyyatları həm həyat keyfiyyətini, həm də ömür uzunluğunu əhəmiyyətli dərəcədə artıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun