Tibbi xəbərlər
Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası
Tibbi xəbərlər
92

Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başladı

Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb.

Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb müəssisəsində vərəmə yoluxmuş və ya bu xəstəliyə şübhəli bilinən uşaqların müayinəsi, diaqnostikası, fərdi müalicə planları əsasında stasionar şəraitdə müalicəsi və təhsilini davam etdirməklə cəmiyyətə reinteqrasiyası təmin edilir.

Ümumi sahəsi 2800 kvadratmetr olan xəstəxana kompleksində uşaqların təhsildən geri qalmamaları üçün sanitariya və təhsil normalarına uyğun tədris imkanları olan xüsusi sinif otaqları yaradılıb. Təhsil xəstəxananın təhkim olunduğu tam orta məktəbin müəllimləri tərəfindən tədris olunur və bu, müalicə prosesində olan uşaqların təhsilinin davamlılığını təmin edir.

İnzibati binada işin səmərəli təşkili üçün yüksək sürətli internet və müasir kompüter avadanlıqları ilə təchiz olunmuş elektron idarəetmə sistemi də qurulub.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun