Stress, hormonal dəyişikliklər (menstruasiya, hamiləlik və s.), ədviyyatlı və turş qidalar, vitamin və mineral çatışmazlıqları (xüsusilə B12, dəmir və fol turşusu), eləcə də zəif immun sisteminin yaratdığı ağız yaraları — digər adı ilə aftlar — həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.
Bu yaralar yemək, içmək və danışmaqda çətinlik yaradır. Hər nə qədər zərərsiz olsalar da, narahatedici olmaları səbəbilə insanlar tez bir zamanda rahatlama yolları axtarırlar. Reseptlə verilən müalicə üsulları mövcud olsa da, bir çox insan təbii və evdə tətbiq oluna bilən vasitələrə üstünlük verir.
Ağız yaraları üçün faydalı olan təbii üsullar:
Aloe vera: Birbaşa yara üzərinə tətbiq edilən aloe vera geli iltihabı azaldır, ağrını yüngülləşdirir.
Bal: Antibakterial təsiri ilə tanınan bal yaraya çəkildikdə sağalma müddətini sürətləndirə bilər.
Kokos yağı: İnfeksiyadan qoruyur və sağalmanı dəstəkləyir.
Zərdəçal: Su ilə qarışdırılaraq məlhəm halına gətirilən zərdəçal antiseptik təsiri ilə tanınır.
Biyan kökü: Antiinflamatuar təsiri ilə ağrını azaltmağa kömək edir.
Duzlu su ilə qarqara: Gündə bir neçə dəfə ağız yaxalama bakteriya miqdarını azaldaraq sağalmanı tezləşdirir.
Karbonat: Pastaya çevrilib yara üzərinə çəkildikdə turşuluğu tarazlayır, sağalmanı dəstəkləyir.
Çay ağacı yağı: Güclü antiseptik təsiri ilə bakteriya yayılmasının qarşısını alır.
Alma sirkəsi ilə qarqara: Su ilə seyrəldilərək istifadə olunanda iltihabı azaldır.
Çobanyastığı çayı: İstər içilərək, istərsə də kompres şəklində tətbiq olunaraq rahatlıq təmin edir.
Sürüşkən qarağac: Təbii sakitləşdirici təsiri ilə ağız yaralarına qarşı faydalıdır.
Vitamin B12 əlavəsi: B12 çatışmazlığı ilə bağlı yaraların qarşısını almağa kömək edir.
Ən sürətli sağaldan üsullar hansılardır?
Aloe vera və bal kimi yerli tətbiq olunan vasitələr sürətli rahatlama təmin edə bilər. Eyni zamanda qıcıqlandırıcı qidalardan uzaq durmaq da sağalma prosesini sürətləndirir.
Necə qarşısını almaq olar?
Şəxsi ağız gigiyenasına diqqət yetirmək, stressi idarə etmək, immuniteti gücləndirmək və turşu-ədviyyatlı qidalardan uzaq durmaq aftların qarşısını almaqda effektiv ola bilər.
Tərcümə: Könül Oruc