Mayo Klinikasının həkimləri gündəlik həyatımızda fərqində olmadan etdiyimiz bəzi vərdişlərin ağız qoxusuna səbəb olduğunu açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insanlar çox vaxt dişlərini düzgün təmizləmirlər. Yalnız diş fırçasından istifadə etmək kifayət deyil. Diş ipindən da mütəmadi şəkildə istifadə etmək ağız boşluğundakı qida qalıqlarını və bakteriyaları təmizləmək üçün vacibdir. Əks halda, bu qalıqlar xoşagəlməz qoxuya səbəb ola bilər.
Pis qoxunun digər səbəbləri:
– Siqaret çəkmək: Tüpürcək istehsalını azaldır, bu da ağız infeksiyalarına və diş əti problemlərinə zəmin yaradır. Nəticədə pis qoxu yaranır.
– Şəkər və işlənmiş qidalar: Bu qidalar ağızda bakteriyaların çoxalmasına səbəb olur və ağız qoxusunu artırır.
– Qəhvə, qazlı içkilər və alkoqol: Ağızda quruluq yaradır və bu da pis qoxunun əsas səbəblərindən biridir.
Mütəxəssislər bu vərdişlərdən uzaq durmağı və ağız gigiyenasına daha ciddi yanaşmağı tövsiyə edirlər. Gündəlik düzgün diş təmizliyi və su içmək kimi sadə addımlar xoşagəlməz ağız qoxusunun qarşısını almağa kömək edə bilər.
Tərcümə: Könül Oruc