Gözəllik-dəb
Alimlər dərinin sürətli qocalmasının 2 əsas faktorunu
Gözəllik-dəb
247

Alimlər dərinin sürətli qocalmasının 2 əsas faktorunu müəyyən ediblər

Kanadalı alimlər iki amilin birləşməsinin dərinin sürətli qocalmasına səbəb olduğunu aşkar ediblər.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Problemli iki amil siqaret tüstüsü və ultrabənövşəyi radiasiyaya məruz qalmadır. Əvvəlki tədqiqatlar bu amillərə ayrı-ayrılıqda baxırdı, lakin yeni araşdırmada tədqiqatçılar ikisinin birləşməsinə baxdılar.

Dərinin təbəqələrini araşdıraraq gördük ki, siqaret tüstüsü ultrabənövşəyi şüalarla birləşərək dərinin elastikliyinə və gənc görünüşünə cavabdeh olan 3 və 4-cü tip kollagenin miqdarının daha sürətli azalmasına, həmçinin dərinin sallanmasına səbəb olur.

Faktorların bu kombinasiyası həmçinin metaloproteinazın miqdarını artırır, bu ferment artıq olduqda kollageni məhv edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun