Qidalanma
Alimlər deyir ki, axşamlar avokado yemək ürəyə
Qidalanma
136

Alimlər deyir ki, axşamlar avokado yemək ürəyə çox faydalıdır

Axşam avokado yemək lipid mübadiləsinə və ürək sağlamlığına müsbət təsir göstərə bilər, xüsusən də prediabetli insanlarda.

Tədqiqatda prediabetli 27 yetkin iştirak etmişdir. Üç axşam ərzində onlar üç qəlyanaltı variantından birini yedilər: bütöv bir avokado, az yağlı, az lifli qəlyanaltı və ya avokadoya bənzər yağ və lif səviyyələri ilə işlənmiş qəlyanaltı.

Qəlyanaltılar saat 20:00-21:00 arasında yeyilib, ardınca 12 saatlıq oruc tutulur. Ertəsi gün səhər iştirakçılar standart səhər yeməyi yedilər və elm adamları onların xolesterol, trigliserid, qlükoza, insulin və iltihab markerlərini ölçdülər.

İştirakçılar avokado yedikdən sonra onların trigliserid səviyyələrinin digər qəlyanaltılar yedikdən sonra nəzərəçarpacaq dərəcədə aşağı olduğunu aşkar ediblər. Səhər yeməyindən sonra bu təsir gücləndi.

Bu araşdırma axşam qəlyanaltılarının zərəri haqqında stereotipi təkzib edir. Avokado kimi sağlam qidaları seçsəniz, xüsusilə diabet və ürək-damar xəstəlikləri riski olan insanlar üçün faydalı ola bilər. Bununla belə, alimlər xatırladırlar: ən yaxşı təsir üçün balanslaşdırılmış pəhriz və fiziki fəaliyyət vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun