Sağlamlıq
Alimlər keyfiyyətli yuxu üçün vacib amilləri
Sağlamlıq
561

Alimlər keyfiyyətli yuxu üçün vacib amilləri açıqlayıblar

Londonun Kral Kollecinin yuxu fizioloqu Qay Madouz bildirib ki, yuxunun keyfiyyətini təmin etmək üçün gecənin istirahət rejimi daha vacibdir.

E-saglam.az xəbər verir ki, bu barədə “Daily Mail" məlumat yayıb.

O bildirib ki, eyni vaxtda yatmaq və oyanmaq yuxunun keyfiyyətində ən vacib amildir. 

Alimlər araşdırmada iştirak edən 60 min insanın yuxu rejimini öyrəndikdən sonra müəyyən ediblər ki, müntəzəm olaraq yuxuya gedən və eyni vaxtda qalxan insanların bütün səbəblərdən ölüm riski 48 % azalıb. Həmçinin, ciddi gecə istirahət cədvəli ardiometabolik xəstəliklər (məsələn, insult və miokard infarktı) səbəbindən vaxtından əvvəl ölüm ehtimalını 22-57% azaltmağa kömək edib. 

Bildirilib ki, 7:00-8:00 arasında oyanmaq daha ideal sayılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun