Tibbi xəbərlər
Alimlər piylənmə riskini proqnozlaşdıran
Tibbi xəbərlər
74

Alimlər piylənmə riskini proqnozlaşdıran güclü genetik test hazırlayıblar

Alimlər qrupu yetkinlik dövründə piylənmənin inkişaf ehtimalını proqnozlaşdıra bilən güclü genetik test hazırlayıb.

E-saglam.az-ın məlumatına görə, beş milyondan çox insanın məlumatlarına əsaslanan bu yeni alət “poligenik risk balı” adlanır.

500 institutdan 600-dən çox alimin iştirakı ilə aparılan və "Nature Medicine" jurnalında dərc olunan araşdırma, bu testin piylənməyə genetik meyli müəyyənləşdirməkdə əvvəlki üsullarla müqayisədə iki dəfə daha təsirli olduğunu göstərib. Kopenhagen Universitetindən dosent Roelof Smithin sözlərinə görə, bu test piylənmə riskini uşaqlarda beş yaşına qədər müəyyən edə bilir – hələ digər risk faktorları üzə çıxmamışdan əvvəl.

Alimlər əlavə ediblər ki, genetik riski yüksək olan insanlar düzgün pəhriz və fiziki aktivlik dəyişikliklərinə daha yaxşı cavab versələr də, bu müdaxilələr dayandırıldıqdan sonra tez bir zamanda yenidən çəki artımı müşahidə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun