Yaşlandıqca əzələ kütləsi və əzələ funksiyası təbii olaraq azalır. Qəhvədə olan bir molekul insanları bu cür dəyişikliklərdən qoruya bilər.
E-saglam.az xəbər verir ki, Beynəlxalq tədqiqat qrupu qəhvənin tərkibində olan təbii trigonellin molekulunun qocalıqda əzələlərin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini nümayiş etdirib. Tədqiqatın nəticələri Nature Metabolism jurnalında dərc olunub.
Alimlər qeyd ediblər ki, yaşla əzələ kütləsinin itirilməsi tamamilə normal bir hadisə olmaqla yanaşı, patoloji formalar da ala bilər. Bu vəziyyətdə klinik mənzərə sarkopeniya adlanır və motor bacarıqlarında əhəmiyyətli məhdudiyyətlərə və yıxılma riskinin artmasına səbəb olur.
Əvvəlki tədqiqatlar artıq göstərmişdir ki, sarkopeniyada hüceyrə kofaktoru nikotinamid adenin dinukleotidi (NAD+) yaşla azalır, hüceyrələrimizdəki enerji mərkəzləri olan mitoxondriya isə daha az enerji istehsal edir. Həmçinin məlumdur ki, müxtəlif pəhriz prekursorları, məsələn, əsas amin turşusu L-triptofan və B3 vitamininin müxtəlif formaları (məsələn, niasin və nikotinamid) NAD+ istehsalını artıra bilər.
Alimlər qeyd ediblər ki, sarkopeniyası olan yaşlı insanlarda triqonellin səviyyəsi də aşağıdır. Qəhvədə olan bir molekulun çatdırılması NAD+ səviyyələrini, mitoxondrial aktivliyi artırır və qocalma zamanı əzələ funksiyasını qorumağa kömək edir.
Tərcümə: Könül Oruc