Faydalı
Alimlər ürək və damarlar üçün
Faydalı
151

Alimlər ürək və damarlar üçün ən faydalı vitamini açıqlayıblar

Bu yaxınlarda edilən bir araşdırma, D vitamininin yaşlı insanların sağlamlığına təsirini araşdırdı.

E-saglam.az xəbər verir ki, 60-84 yaş arası iştirakçılar iki qrupa bölündü: birincisi adi iş rejimini davam etdirdi, ikincisi hər ay pəhrizlərinə 60.000 IU vitamin əlavə etdi. Təcrübə 5 il davam etdi.

Nəticədə 16 mindən çox insandan məlumat toplanıb. Təcrübə zamanı vitamin qəbul edən insanlarda ürək-damar anomaliyalarının tezliyi 9% aşağı olub.

D vitamini qan damarlarını və normal qan təzyiqini saxlamaq üçün vacibdir. Üstəlik, onun çatışmazlığı qan lipidlərinin (yağların) səviyyəsinin yüksəlməsi və damar disfunksiyası ilə əlaqələndirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun