Tibbi xəbərlər
Alimlər xroniki yorğunluğun səbəbini tapdı:
Tibbi xəbərlər
186

Alimlər xroniki yorğunluğun səbəbini tapdı: Günahkar bağırsaqlarınızdır

Yeni aparılan tədqiqatlar göstərib ki, xroniki yorğunluq sindromunun (XYS) əsas səbəblərindən biri bağırsaq mikroflorasındakı tarazlığın pozulması ola bilər.

E-saglam.az xəbər verir ki, ABŞ və Avropa alimlərinin birgə araşdırmasına görə, xəstələrin bağırsaq mikrobiomunda faydalı bakteriyaların miqdarı azalıb, zərərli növlərin isə sayı artıb. Bu vəziyyət bədəndə daimi iltihab, enerji çatışmazlığı və psixi gərginliyə yol aça bilər.

Tədqiqatçılar qeyd ediblər ki, probiotiklə zəngin qidalar və balanslı qidalanma bağırsaq mikrobiotasını bərpa etməyə və simptomları azaltmağa kömək edə bilər. Hazırda mütəxəssislər probiotik əsaslı müalicə protokolları üzərində işləyirlər.

Bu araşdırma xroniki yorğunluqdan əziyyət çəkən milyonlarla insan üçün yeni ümid qapısı aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun