Tibbi xəbərlər
Almaniyada xarici həkimlərin sayı
Tibbi xəbərlər
132

Almaniyada xarici həkimlərin sayı ikiqat ARTIB

Almaniyada xarici həkimlərin sayı son on ildə kəskin şəkildə artaraq 64 minə çatıb.

E-saglam.az xəbər verir ki, DW məlumatına görə, Federal Statistika İdarəsi 2024-cü ildə ölkədə çalışan həkimlərin 13 faizinin Almaniya vətəndaşı olmadığını açıqlayıb. Bu göstərici 10 il əvvəl cəmi 30 min idi.

Vətəndaşlığı olmayan və sonradan vətəndaşlıq alanlar daxil olmaqla, ümumi immiqrant həkim sayı 121 min nəfərə yüksəlib. Bu, Almaniyada fəaliyyət göstərən bütün həkimlərin təxminən dörddə birinə bərabərdir. İmmiqrant həkimlərin 42 faizi Almaniyada 10 ildən az müddətdir işləyir. Qeyd edilir ki, xarici həkimlərin yarısı 35 yaşdan aşağıdır. Alman həkimlərində isə bu göstərici 18 faizdir.

Almaniya xarici tibb diplomlarının tanınmasına geniş imkan yaradır. 2024-cü ildə ölkədə təxminən 7000 xarici diplomlu həkim tanınıb. Onların 21 faizi Almaniya vətəndaşı, 11 faizi isə suriyalı həkimlərdir. Diş həkimliyi üzrə 700 diplom təsdiqlənib və ən çox tanınanlar alman və suriyalı diş həkimlərinə məxsusdur.

Son illərdə alman tələbələr də xaricdə tibb təhsili almağa üstünlük verir. 2023–2024-cü illərdə Avstriya və Macarıstan bu sahədə ən çox seçilən ölkələr olub.

Eyni zamanda Almaniyanı tərk edən həkimlərin sayı da artır. 2024-cü ildə 2197 həkim ölkədən gedib, onların 1279-u alman vətəndaşıdır. Həkimlərin əsas istiqamətləri İsveçrə və Avstriya olub.

Ümumilikdə, 2024-cü ildə Almaniyada fəaliyyət göstərən həkimlərin ümumi sayı 2,1 faiz artaraq 581 minə, aktiv işləyən həkimlərin sayı isə 437 minə çatıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun