Tibbi xəbərlər
"Aparatı ayırsalar, atam öləcək" - Arif Quliyevin oğlu
Tibbi xəbərlər
258

"Aparatı ayırsalar, atam öləcək" - Arif Quliyevin oğlu

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin səhhəti barədə yeni xəbər var.

E-saglam.az xəbər verir ki, lent.az-a açıqlama verən aktyorun oğlu Rövşən Quliyev bildirib ki, atası özünü yaxşı hiss etmir:

"Yazıblar ki, atam yaxşıdır. Yaxşı deyil. Aparata qoşulub. Aparatı ayırsalar, atam öləcək. O aparat sayəsində atam bu gün sağdır. İnşallah, yaxşı olar".

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"ya yerləşdirilib. A.Quliyev bir neçə gün öncə EKMO cihaza qoşulub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun