Xəstəliklər
Appendisit ağrısı necə olur?
Xəstəliklər
132

Appendisit ağrısı necə olur? Həkim göbəkdən başlayan təhlükəyə diqqət çəkdi

Appendisit zamanı qarın ağrısı spesifik xüsusiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, həkim Aleksandr Olmosun sözlərinə görə, bu ağrılar adətən göbək ətrafında başlayır və zamanla qarının sağ aşağı hissəsinə doğru enir. Ağrının güclü olması yeriməyi belə çətinləşdirə bilər.

Mütəxəssis bildirib ki, apandisitin digər əlamətləri arasında ürəkbulanma, iştahsızlıq və qızdırma da yer alır. Bu simptomlar yaranarsa, insanlar özbaşına iltihabəleyhinə dərman qəbul etməməlidirlər. Bu, xəstəliyin əlamətlərini gizlədə və diaqnozu çətinləşdirə bilər.

Təcili olaraq tibbi yardıma müraciət olunmalıdır. Həkim xəbərdarlıq edir ki, vaxtında müdaxilə edilməzsə, apandisit peritonitə – qarın boşluğunun ciddi iltihabına çevrilə bilər ki, bu da daha ağır və riskli tibbi vəziyyətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun