Xəbərlər
Apteklərdə satılan bu nəmləndirici krem geri çağırılır!
Xəbərlər
194

Apteklərdə satılan bu nəmləndirici krem geri çağırılır! Göbələk aşkar edildi

Almaniyada kosmetika mağazalarında və apteklərdə satılan nəmləndirici sağlamlıq təhlükəsi səbəbindən geri çağırılıb. Tərkibində aşkar edilən maddənin göbələk törətdiyi müəyyən edilib.

E-saglam.az xəbər verir ki, Almaniyada fəaliyyət göstərən dm-drogerie apteklər şəbəkəsi məşhur məhsulu olan “Balea Hand Serum Hyaluron”u geri çağırmaq qərarına gəlib. Şirkətdən verilən açıqlamada geri çağırmanın mümkün mikrobioloji çirklənmə səbəbindən istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirildiyi bildirilib.

"Artı49"da yer alan xəbərə görə, şirkət yalnız göstərilən partiya nömrəsinə aid məhsulun risk altında olduğunu və artıq rəflərdən çıxarıldığını açıqlayıb. Daxili keyfiyyətə nəzarət zamanı əl serumunda "Candida parapsilosis" adlı maya növü aşkar edilib. Vəziyyətin dəridə və ya bağırsaqlarda təbii olaraq meydana gələn maya göbələklərinin səbəb olduğu müşahidə edilmişdir.

Sözügedən orqanizm sağlam insanlar üçün ümumiyyətlə zərərsiz hesab edilsə də, immun sistemi zəif olanlarda ciddi infeksiyalara səbəb ola bilər.

Şirkət sözügedən partiyadan məhsulu istifadə edən istehlakçılara dərhal istifadəni dayandırmağı və onu aldıqları mağazaya qaytarmağı tövsiyə edib.

MƏHSUL MƏLUMATI

Məhsulun adı: Balea Əl Serumu Hyaluron

Tərkibi: 75 ml

GTIN: 4066447439946

Partiya nömrəsi: 58309

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun