Xəbərlər
Arı sancdı,
Xəbərlər
111

Arı sancdı, 1 ay komada qaldı

12 iyun 2025-ci il tarixində 35 yaşlı şəxs (qadın cinsli) arı sancmasından sonra komatoz vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

E-saglam.az xəbər verir ki, zəruri müayinələrdən sonra xəstəyə anafilaktik şok və ensefalit diaqnozları qoyulub. 

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin həkimləri tərəfindən müalicə tədbirləri görülüb. Şöbədə müalicələri başa çatdıqdan sonra xəstənin vəziyyəti nəzərə alınaraq Terapevtik Reanimasiya şöbəsinə köçürülüb.

Təxminən bir ay komatoz vəziyyətdə Terapevtik Reanimasiya şöbəsində müşahidə altında saxlanılıb, müalicə həkimləri Sevinc Arxməmmədova və Aytəkin Məmmədovanın göstərdikləri uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib. 

Daha sonra xəstə Nevrologiya şöbəsinə köçürülüb.

Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib, huşu aydınlaşıb, hemodinamik göstəriciləri stabillləşib.  Hazırda müalicələri Nevrologiya şöbəsində müalicə həkimi nevroloq Aydan Soltanova tərəfindən davam etdirilir. 

Vəziyyətində müşahidə olunan müsbət dinamika nəzərə alınaraq xəstəyə reabilitasiya məqsədli müalicələrin davam etdirilməsi planlaşdırılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun