Tibbi xəbərlər
Arif Quliyev ECMO cihazına qoşuldu
Tibbi xəbərlər
72

Arif Quliyev ECMO cihazına qoşuldu

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

E-saglam.az xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun