Tibbi xəbərlər
Arif Quliyevin son durumu ilə bağlı - AÇIQLAMA
Tibbi xəbərlər
87

Arif Quliyevin son durumu ilə bağlı - AÇIQLAMA

Koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

​​​​​​ E-saglam.az xəbər verir ki, bu barədə Publika.az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib.

Sənətçinin oğlu bildirib ki, aktyorun vəziyyəti ağır olaraq qalır: “Reanimasiya şöbəsindədir, səhhəti ağır olaraq qalır. Ümid Allahadır, gözləyirik”.

Qeyd edək ki, A.Quliyevin müalicəsi Yeni Klinikanın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun