Xəbərlər
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirildi:
Xəbərlər
1840

Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirildi: vəziyyəti...

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.

E-saglam.az "Yenicag.az"a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev bildirib.

O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini deyib: “Anamın səhhəti ağırdır, “Semaşko”ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır”.

Qeyd edək ki, Xalq artisti Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun