Gözəllik-dəb
Arıqlaya bilməməyinin gizli səbəbi məlum oldu:
Gözəllik-dəb
128

Arıqlaya bilməməyinin gizli səbəbi məlum oldu: Türkiyəli alim “yağ divarını” yıxacaq 11 üsul açıqladı

Artıq çəkidən xilas olmaq üçün göstərilən səylər nəticə vermirsə, səbəb düşündüyünüz kimi kalori deyil, insulin müqaviməti və bədəndəki gizli iltihab ola bilər.

E-saglam.az xəbər verir ki, Türkiyəli biotexnologiya mütəxəssisi, Üsküdar Universitetindən Prof. Dr. Kaan Yılancıoğlu bu problemi və onu aradan qaldırmaq üçün 11 elmi əsaslı üsulu izah edib.

Əsl düşmən kalori deyil, insulindir

Alim bildirir ki, insulin səviyyəsinin yüksək olması bədənin yağ yandırmasının qarşısını alır. İnsulin bədənə yağ saxlamaq əmri verir, enerjini azaldır və hətta yaşlanmanı sürətləndirə bilir. 30 yaşdan sonra “yağ divarı” adlandırılan bu vəziyyət illərlə inkişaf edən insulin müqaviməti və iltihab nəticəsində yaranır.

Arıqlamağa kömək edən 11 sadə üsul

1. Hər yeməkdən sonra 15 dəqiqə gəzin – qan şəkəri balanslanır, insulin yükü azalır.

2. Gizli iltihabı aradan qaldırın – şəkər, işlənmiş qidalar və toxum yağlarını çıxarın; onların əvəzinə zeytun yağı, balıq yağı, böyürtkən və zərdəçal istifadə edin.

3. Sağlam yağlardan qorxmayın – zeytun yağı, avokado və qoz hormon balansını tənzimləyir.

4. Əzələ kütləsi artırın – əzələlər qan şəkərini udur və maddələr mübadiləsini sürətləndirir.

5. Qan şəkərini sabit saxlayın – fasiləli oruc və ya ketogenik pəhriz kömək edə bilər.

6. Keyfiyyətli yuxu alın – yuxu pozuntusu metabolizmi zəiflədir, insulin müqavimətini artırır.

7. Stressi azaldın – xroniki stress kortizol hormonunu artırır, yağ yığılmasına səbəb olur.

8. Alma sirkəsi için – yeməkdən əvvəl bir qaşıq alma sirkəsi qan şəkərini sabit saxlayır.

9. Lifli qidalar yeyin – lif şəkərin qana sorulmasını gecikdirir, insulin sıçrayışının qarşısını alır.

10. Soyuq duş qəbul edin – bədəndəki qəhvəyi yağları aktivləşdirərək maddələr mübadiləsini sürətləndirir.

11. Günəş işığı alın – D vitamini insulin həssaslığı üçün vacibdir.

Prof. Dr. Kaan Yılancıoğlu vurğulayır ki, bu vərdişləri gündəlik həyatın bir hissəsinə çevirməklə, illərdir yığılıb qalan “yağ divarı” dağıla bilər və bədən təbii şəkildə yağ yandırmağa başlaya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun