Faydalı
Avokadonun xərçəng əleyhinə faydası TAPILIB
Faydalı
79

Avokadonun xərçəng əleyhinə faydası TAPILIB

ABŞ və Kanada alimləri avokadonun daha bir faydasını aşkar ediblər.

E-saglam.az-ın məlumatına görə, "Blood" elmi jurnalında dərc olunan məqalədə bildirilib ki, meyvənin tərkibindəki avokatin B maddəsi leykoz zamanı xərçəng hüceyrələrinin artmasına səbəb olan fermenti zərərsizləşdirir.

Alimlər ümid edirlər ki, bu kəşf qan xərçənginə qarşı yeni dərman vasitəsinin hazırlanmasında istifadə olunacaq.

Qeyd edək ki, avokado həm də orqanizmdəki xolesterini əridən vasitə kimi tanınır. Meyvə ürək fəaliyyəti üçün vacib olan kalium ilə zəngindir./Oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun