Tibbi xəbərlər
“Azərbaycana daha 5 milyon doza vaksin gətiriləcək
Tibbi xəbərlər
67

“Azərbaycana daha 5 milyon doza vaksin gətiriləcək

“Azərbaycana daha 5 milyon doza vaksin gətirilməsi nəzərdə tutulub”.

E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O əlavə edib ki, bu gün respublikada vaksin çatışmazlığına dair hər hansı problem yoxdur: “Sadəcə vaksinasiya olunmaq istəyənlərin sayı azdır. Hesab edirəm ki, insanların vaksin olunması üçün hər birimiz maarifləndirmə işi aparmalıyıq. Ölkədə 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Ümid edirik ki, yaxın vaxtlarda 40 yaşdan aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun