Xəbərlər
Azərbaycanda analıq məzuniyyətinin müddətinin artırılması
Xəbərlər
316

Azərbaycanda analıq məzuniyyətinin müddətinin artırılması təklif olunur

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur.

E-saglam.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib.

O xatırladıb ki, hazırda həmin məzuniyyət müddəti doğuşdan əvvəl və sonra ümumilikdə 126 gündür: “Əmək Məcəlləsinə ediləcək dəyişikliklə həmin müddətin 140 günə çatdırılması təmin edilə bilər”. //Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun