Xəbərlər
Azərbaycanda bütün siqaretlər
Xəbərlər
248

Azərbaycanda bütün siqaretlər bahalaşdı

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb.

E-saglam.az xəbər verir ki, bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. 

“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.

Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib. /Qaynarinfo

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun