Xəbərlər
Azərbaycanda daha bir şagird qızılcadan öldü
Xəbərlər
350

Azərbaycanda daha bir şagird qızılcadan öldü

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Ö.Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun