Qidalanma
Azərbaycanda əhalinin yarısında çatışmayan vitamin - İnsanı halsız robota döndərir
Qidalanma
182

Azərbaycanda əhalinin yarısında çatışmayan vitamin - İnsanı halsız robota döndərir

Azərbaycanda əhalinin yarısında bu vitamin çatışmır.

Orqanizmdə uzun müddət kəskin B 12 vitamini çatışmaması bədəndə qəfil dəyişikliklərə səbəb olur, insanın psixikasını belə dəyişir. 100 həkim gəzsən də, dərdinə dərman tapılmır .

E-saglam.az xəbər verir ki, orqanizmin düzgün fəaliyyəti üçün vacib olan B 12 Azərbaycanda demək olar, əhalinin yarıdan çoxunda çatışmır.

Onun əsas funksiyası qanın və sinirlərin sağlamlığını təmin etməkdir.

B 12 defisiti sinir sisteminə kritik zərbə vurur və nevroloji pozuntular yaradır

Alimlər bu vitamin çatışmazlığından orqanizmdə baş verən 7 xarici əlaməti təqdim edir.

Bu əlamətlər çoxlarında var.

- Görmədə zəiflik, dumanlı görmə

- Yaddaşda, diqqətdə zəifləmə

- Uyuşma, keyimə, dəridə iynəbatırma hissi

- Ataksiya – hərəkətlərdə kordinasiyanın itməsi, yəni yeriyəndə səndələmə, danışanda fikirləşib danışmaq, ləngimə

- Ayaqlarda ağrı, periferik sinirlərin zədələnməsi

- Sinədə sıxılma, təngnəfəslik

Kəskin B 12 çatışmazlığı hansı xəstəlik və problemləri yaradır?

- Dərin depressiya, nevroz, apatiya, xroniki yorğunluq

- Demensiya

- Sidiyi saxlaya bilməmək

- Dad və iybilmədə zəifləmə

- Oynaqlarda ağrı

- Ümumi əzginlik, gücsüzlük

B 12 çatışmazlığı qanazlığı, anemiya, avitaminoz ilə bağlıdır. Daha çox xəstəliklərdən, zəif qidalanmadan sonra yaranır.

Ət yeməyən insanlarda çox olur.

Bəzən qan analizində normal çıxması heç də o demək deyil ki, orqanizmdə kifayət qədərdir.

Ona görə yuxarıdakı əlamətlər varsa və hemoqlobininiz azdırsa, mütləq B 12 ni artırın.

Aşağıdakı fotoda B 12 ilə zəngin qidalar cədvəlidir. Bu ərzaqları hər gün bol yeməlisiz. (Medicina.az)

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun