Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Tibbi xəbərlər
51

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 123 nəfər müalicə olunaraq sağalıb, 4 970 nəfər vəfat edib. Aktiv xəstə sayı 781 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 482, bu günə qədər isə ümumilikdə 3 733 197 test icra olunub.

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun