Xəbərlər
Azərbaycanda unun zənginləşdirilməsinə başlanılacaq
Xəbərlər
309

Azərbaycanda unun zənginləşdirilməsinə başlanılacaq

Azərbaycanda unun zənginləşdirilməsinə başlanılacaq.

E-saglam.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qida məhsullarının zənginləşdirilməsinə dair qərar Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

"Bu çərçivədə UNİSEF-lə birlikdə unun zənginləşdirilməsinə dair formul müəyyənləşdirilib. Pilot olaraq bu istiqamətdə şirkətlərlə danışıqlar aparılıb və razılıq əldə olunub. Bununla da əhali arasında dəmir defisiti, anemiyanın qarşısı alınacaq".

Mənbə: Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun