Xəbərlər
Azərbaycanda valideynlər uşağa işgəncə verib, diləndirirlər? -
Xəbərlər
239

Azərbaycanda valideynlər uşağa işgəncə verib, diləndirirlər? - YENİLƏNİB + FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda valideynləri tərəfindən diləndirilən doqquz yaşlı uşağın aşkarlanması barədə daha bir açıqlama verib.

E-saglam.az qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, artıq o, Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib:

“Uşağın vəziyyəti qiymətləndirilib və hazırda müayinədən keçirilir. Güman edirik ki, sağlamlığına təhlükə törədəcək yaralar yoxdur”.

Qeyd edək ki, uşağın diləndirilməsi faktı öz əksini tapsa, valideynlər məsuliyyətə cəlb ediləcəklər.

10:48

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:

“Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”, - K.Ağazadə qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətdədir və araşdırılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun