Tibbi xəbərlər
Azərbaycanın bəzi tibb kolleclərinin diplomları Türkiyədə tanına bilər
Tibbi xəbərlər
59

Azərbaycanın bəzi tibb kolleclərinin diplomları Türkiyədə tanına bilər

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr davam etdirilir.

E-saglam.az-ın xəbərinə görə, bu, rəsmi Bakı və Ankaranın iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb.

Sənədə əsasən, 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Sumqayıt Tibb Kollecinin diplomalarının Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən peşə orta təhsili çərçivəsində qiymətləndirməsi üçün danışıqlar aparılacaq.

Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb. // “Report"

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun