Vakansiya
Azərimed QSC-də vakansiya -
Vakansiya
401

Azərimed QSC-də vakansiya - MAAŞ 1600-2000 AZN

Azərimed QSC-yə məhsul üzrə menecer (Product menecer) tələb olunur.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir. 

Vəzifə öhdəlikləri

• Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
• Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
• Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
• Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
• Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
• Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması. 

İş şəraiti:
• Əmək haqqı: 1600-2000 AZN + Bonus sistemi mövcuddur.
• İş qrafiki: I-V günlər 09:00-18:00
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində " Məhsul üzrə menecer " qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.  

Tələblər:

• Yaş: 25-45;
• Tibb üzrə ali təhsil;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
• Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
• Komandada işləmə bacarığı;
• Peşəkar ünsiyyət qurma bacarığı;
• İnkişafa və öyrənməyə meyilli;
• MS Office proqramları ilə işləmə bacarığı;
• Analitik təfəkkür;
• İşində dəqiq və məsuliyyətli;
• Yüksək səviyyədə təqdimat bacarığı.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun