Xəstəliklər
Babasil xərçəngə çevrilə bilərmi?
Xəstəliklər
112

Babasil xərçəngə çevrilə bilərmi?

Bəzi xəstəliklər var ki, onlar xərçəngin inkişafına şərait yaradır. Onları "xərçəngönü xəstəliklər " adlandırırlar.

Belə xəstəliklər çoxdur - uşaqlıq boynu eroziyası, mədə xorası, Kron xəstəliyi, istənilən orqanda (uşaqlıq, bağırsaq, mədəaltı vəzi, öd kisəsi və s.) poliplər və s.

Babasil çox yayılmış xəstəlik olduğundan insanlar bu xəstəliyin də xərçəngə çevirib-çevrilməməsi barədə həkimlərə tez-tez suallar verir.

Babasildən əziyyət çəkənlərə xoş xəbər - babasil xərçəngə çevrilmir.

Lakin onu da nəzərə almaq lazımdır ki, bu iki xəstəliyin (babasil və yoğun bağırsaq xərçəngi) simptomları oxşardır - defekasiya zamanı qanın ifraz olunması, qəbizlik, ağrılar və s. Bu səbəbdən xəstəliyin dəqiq diaqnozunu yalnız həkim lazım olan müayinə və analizlədən sonra qoya bilər.

Babasil xərçəngönü xəstəliyi olmasa da, onu mütləq və vaxtında müalicə etmək lazımdır ki, babasil gecikmiş mərhələlərdə çox ciddi ağırlaşmalar verir ./saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun