Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Bakı şəhərinin Sabunçu rayonunun bir hissəsinə, Abşeron rayonunun bir hissəsinə və Sumqayıt şəhərinin “Bağlar” adlanan ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
 
                 
                        
                     
             
                         
                         
                         
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                