Gözəllik-dəb
“Bakıda dəri 5-10 yaş daha tez qocalır”
Gözəllik-dəb
491

“Bakıda dəri 5-10 yaş daha tez qocalır”

“Bakıda hava çox quru, küləkli və tozludur. Ona görə, Bakının iqlimində dəri 5-10 yaş daha tez qocalır, cansız olur”

E-sağlam.az xəbər verir ki, bunu dəriyə qulluq üzrə mütəxəssis Şəms Arslan deyib. O bildirib ki, belə iqlimdə qocalmanın qarşısını almaq üçün dəriyə qulluğu təxirə salmaq olmaz: “Dəri incədir, onu qoruya bilməyəndə, belə iqlimdə tez qocalır. Amma hər kəs də dərisinə istədiyi qulluğu göstərəcək maddi imkana sahib deyil. Ona görə, iqlimin dəriyə mənfi təsiri çox olur. Azərbaycanda güclü nəmləndiricilər, bir də ləkə təmizləyicilər çox istənilir. Qadınlarda hormon balansızlığı, qadın xəstəlikləri və endokrin problemləri çox olduğundan, ləkələr də çoxdur, saç tökülmələr də”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun