Xəbərlər
Bakıda doqquzuncu mərtəbədən yıxılan şəxs xəstəxanada ölüb
Xəbərlər
501

Bakıda doqquzuncu mərtəbədən yıxılan şəxs xəstəxanada ölüb

Bakının Babək prospektində doqquzuncu mərtəbənin eyvanından yıxılan Rauf Aydazadə həyatını itirib.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən bildirilib.

Qeyd olunub ki, 24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib.  Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib.

08:53

Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.

Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun