Xəbərlər
Bakıda məktəb direktoru ailəsi ilə birlikdə oğlu tərəfindən baltalanaraq qətlə yetirilib -
Xəbərlər
714

Bakıda məktəb direktoru ailəsi ilə birlikdə oğlu tərəfindən baltalanaraq qətlə yetirilib - Dəhşətli hadisə

Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

E-saglam.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bildirək ki, Bikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun