Xəbərlər
Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş
Xəbərlər
5997

Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş - Diqqət

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar.

E-saglam.az lent.az-a istinadən banan və plantainin fərqi barədə məlumat verir.

Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir, çiy yeyilir. 

Plantain isə bir qədər yaşıla çalan, daha düz, bərk və uzun formada olur. Onlara bəzən bişirilən banan da deyirlər. Plantain Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada, eləcə də Cənubi Amerikanın şimalında əsas qida maddəsidir. Yeməklərdə kartof əvəzinə istifadə olunur. Plantainin dadı şit, kalorisi isə banandan daha çoxdur. Ondan dadlı mürəbbə də bişirilir.

Alarkən dediyimiz əlamətlərə diqqət edin ki, evinizə banan əvəzinə "afrikalı kartof" aparmayasınız.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun